Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda soğan yığımı davam edir

30 iyul 2020 | 16:00

Son illər Masallıda və ölkənin bazarlarında soğan daha boldur. Əlbəttə, bu yaxşı haldır. Evlərdə tələb olunan gündəlik qida məhsulu nə qədər bol olsa, bir o qədər yaxşıdır.

Masallı rayonunda bu bitkinin əkin sahələri çox da geniş deyil. Bazar-dükanlarda isə daha çox Ağcabədi, Saatlı, Kürdəmir, Sabirabad soğanını tapmaq olar.

Rayonumuzun ərazilərində bu il 130,5 hektar sahədə soğan yetişdirilib. Daha çox soğan əkən Mahmudavar, Təklə, Lürən, Banbaşı, Türkoba və Güllütəpə kəndi ərazilərində soğan yığımına başlanmışdır. Alim aqronimların məlumatına görə Masallı rayonunun ərazilərində yetişdirilən soğan keyfiyyəti ilə seçilir. Odur ki, alıcılar yerli məhsula üstünlük verirlər.

Masallı tərəvəz becərənləri indiyə kimi tarlalardan 1840 ton soğan məhsulu toplayıb bazarlara göndərmişlər

Keçidlər