Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda 10 ədəd subartezian quyusu qazılır

30 iyul 2020 | 16:00

Məlum olduğu kimi, son 16 ildə Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, reallaşdırılan dövlət proqramları nəticəsində ölkəmizdə yüksək iqtisadi inkişaf göstəriciləri əldə edilib.

Dövlət başçısı İlham Əliyevin müvafiq Fərman və sərəncamları ilə respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının inkişaf etdirilməsi ilə əlaqədar təsdiq edilmiş Dövlət proqramları və Tədbirlər planlarında, həmçinin regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət Proqramlarında meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulub. Bu tədbirlərin həyata keçirilməsi ilə suvarılan torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin daxili istehsal hesabına çörək və ərzaq məhsulları ilə etibarlı təminatına, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə geniş imkanlar yaranacaq.
Respublikanın 10 şəhər və rayonunda yeni subartezian quyularının qazılmasına 1,19 milyon manat ayrılıb.
Son illərdə Masallıda da subartezian quyularının qazılması geniş vüsət alıb.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 21-də “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Regionlarda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 15-də “Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Masallı rayonunun əhalisi 36274 nəfər olan 10 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Subartezian quyuları hərəsində bir ədəd olmaqla, aşağıdakı yaşayış məntəqələrində qazılacaq: Ərkivan qəsəbəsi, Babaser, Bala Təklə, Əhmədli, Köhnə Alvadı, Qodman, Öncəqala, Sərçuvar, Şərəfə və Tüklə kəndləri.
Qeyd edək ki, 2019-cu ildə Masallı rayonu ərazisində 7 subartezian quyusu — Ərkivan qəsəbə, Həsənli, Şərəfə, Səmidxan, Lürən, Öncəqala və Kolatan kəndində qazılaraq kənd adamlarının ixtiyarına təhvil verilib. Beyləqan Rayon Subartezian Quyularının İstismarı İdarəsinin Masallı sahəsi üzrə rəisi Əli Abuşov bildirib ki, cari ildə daha 10 quyunun istifadəyə verilməsi istiqamətində işlər gedir: Ərkivan qəsəbə, Əhmədli, Şərəfə, Təklə, Sərçuvar, Qodman, Tüklə, Öncəqala, Köhnə Alvadı və Babaser kəndləri ərazisində. — Qazma ustalarımız hər işi keyfiyyətlə görür. Onlar çalışırlar ki, quyular işlək olsun, görülən xeyirxah işimiz bəhrə versin, adamları ondan lazımi qaydada istifadə etsin, biz də onlara baxaq sevinək! — deyə Beyləqan Rayon Subartezian Quyularının İstismarı İdarəsinin Masallı sahəsi üzrə rəisi Əli Abuşov bildirib.

Keçidlər