Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə

31 iyul 2020 | 16:00

1. 30 iyul 2020-ci il tarixdə rayon ərazisində pandemiya dövründə görülmüş işlər barədə malumatlar.

2. 30 iyul 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyasi ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, Mərkəzi Poçt, Məşğulluq Mərkəzi, 5 Bankın qarşısı, 9 terminal, 14 bankomat, 10 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi, 1 ərazidə 1 ərazi nümayəndəliyi, 1 tibb məntəqəsi, 1 bələdiyyə binası, 1 Poçt, 1 Elektron Avtomatik Telefon Stansiyası (EATS) və 6 ərzaq mağazası dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.

3. RİHB-sının təşkilatçılığı ilə, YAP rayon təşkilatının Gənclər Birliyinin könüllüləri və DSMF-nin rayon şöbəsinin əməkdaşları tərəfindən 65 yaşdan yuxarı olan 163 nəfər tənha-kimsəsiz vətəndaşlarla görüşülüb onların sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə köməklik göstərirlər. Hal-hazırda işlər davam etdirilir.

  4. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
30 iyul 2020-ci il tarixdə 954 nəfərin icazəsinin olub-olmaması soruşulmuşdur. Reyd zamanı 50 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi, 98 nəfərin maskasız olması müəyyən edilmişdir. Qaydaları pozan 2 nəfər polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən Masallı şəhəri üzrə mobil qruplar tərəfindən ümumilikdə 26447 nəfərin icazəsinin olub-olmaması soruşulmuş, 1239 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi, 2203 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 205 nəfər və 11 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

5. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
30 iyul 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 3589 nəfərlə görüşülmüş, onlardan 624 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 5 nəfər polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən qəsəbə və kəndlər üzrə ümumilikdə mobil qruplar tərəfindən 148648 nəfərlə görüşülmüş, 27139 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 201 nəfər və 1 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

6. 30 iyul 2020-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 4543 nəfərlə görüşülmüş, 50 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi və 722 nəfərin maskasız olması müəyyən olunmuşdur. Xüsusi karantin rejimi qaydalarını pozan 7 nəfər polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən 175095 nəfərlə görüşülmüş, 1239 nəfərin yaşayış yerini icazəsiz tərk etməsi və 29342 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 406 nəfər və 12 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 19500 ədəd tibbi maska və 850 litr tibbi spirt paylanmışdır.

7. 30 iyul 2020-ci il tarixdə koronavirusla bağlı 53 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon ərazisində 8328 nəfərdən yaxma götürülmüşdür.

 

Keçidlər