Şriftin ölçüsü :

Saytın rəngi :

Masallının çəltik əkilmiş ləklərində alaqdan təmizləmə və gübrələmə işləri aparılır

01 avqust 2020 | 16:00

Masallı rayonunda çəltik ən məhsuldar bitki hesab olunur. 
Son illər ənənəvi bitki Masallı tarlalarında yenidən əkilib-becərilməyə başlanıb. Bu məqsədlə görülmüş tədbirlər nəticəsində çəltik əkinləri əvvəlki ilə nisbətən 2020-ci ildə 36,7 hektar artırılaraq 253,9 hektara çatdırılmışdır.
Əkinin 95,6 hektarı Xıl əməkçilərinin payına düşür. Şıxlar 34,8 hektar, Boradigah 32,5 hektar, Tüklə 31,5 hektar, Qızılağac 31 hektar və Yeddioymaq əkinçiləri isə 21 hektar sahədə çəltik yetişdirirlər. Çəltik ləkləri bol su içdikcə zəmilər daha tez sünbülə dolur.
Hazırda Masallının çəltik əkilmiş ləkləri alaqdan təmizlənir və sahələrə mineral gübrələr verilir.
Qeyd edək ki, Qızılağac fermerləri bu sahədə irəlidə gedir, bütün aqrotexniki tədbirləri vaxtlı-vaxtında həyata keçirirlər. Bu da gələcək məhsulun bolluğuna zəmin yaradır.

Keçidlər