ŞƏRƏFƏ KƏND SAKİNLƏRİ İLƏ GÖRÜŞ
Masallı rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu 21.05.2014-cü il tarixdə Şərəfə ərazisində keçirilmişdir. Şərəfə ərazisi Şərəfə və Ağakişibəyli kəndlərini əhatə edir. Ərazinin 3962 nəfər əhalisi və 1121 ha torpaq sahəsi vardır.
Həmçinin ərazidə 1 tam orta məktəb, 1 həkim məntəqəsi, 1 kənd klubu, 2 Şadlıq sarayı, 22 xidmət obyekti, 1 EATS və 1 poçt fəaliyyət göstərir.
Şərəfə ərazisində təşkil olunmuş görüşü Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq sakinləri salamlamış, sonra Şərəfə ərazisində xeyli işlərin görüldüyünü, qarşıda görüləsi işlərin olduğunu vurğulamış, vətəndaşlardan onları narahat edən məsələlər barədə və ərazinin inkişafı ilə bağlı təkliflər vermələrini bildirmişdir.
Kənd ziyalılarından Taleh Əkbərov, Naidə Məmmədova, ağsaqqallardan Əşrəf Mövsümov, Səməndər Cəlilov kənd sakinlərindən Səmid Kərimli, İsrail Quliyev və başqaları çıxış edərək 1 km. kəndarası su aparıcı kanalın qazılmasına, yüksək gərginlikli elektrik xəttinə toxunan ağacların budanmasına, 3.4 km. kənd arası yolda təmir işlərinin aparılmasına, Kənd məscidində abadlıq işlərinin görülməsinə, Şərəfə kənd həkim məntəqəsinin tikilib yaxın günlərdə açılışının olmasına, Şərəfə kənd uşaq bağçasının otaqlarının təmir olunaraq bina ətrafında səliqə-səhman işlərinin görülməsinə, ağacların suvarılması üçün su xəttinin çəkilməsinə və istirahət mərkəzində tamamlanma işlərinin aparılmasına görə kənd əhalisi adından ölkə prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonra sakinlər Şərəfə kəndinin mərkəzindən keçən asfalt yolun əsaslı təmirinə, Ərazinin yeni məhəlləsinə təbii qazın çəkilməsinə, Şərəfə kənd tam orta məktəb binasının əsaslı təmir olunmasına, Ərazidə yararsız elektrik dirəklərinin dəyişdirilməsinə və Ərazidə köhnəlmiş “transfarmatorun” dəyişdirilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.