Şriftin ölçüsü :

Saytın rəngi :

Sarımsaq gəlir gətirən məhsuldur

03 avqust 2020 | 16:00

Masallı rayonunda cari ilin mövsümü üçün 92,5 hektar sahədə sarımsaq bitkisi əkilib. Təsərrüfatın bu sahəsi gəlirli olduğu üçün rayonda fəaliyyət göstərən fermerlər bu bitkinin əkininə daha çox maraq göstərirlər.

Ötən ay fermerlər sarımsaq sahələrindən 1457 ton məhsul götürüblər.

Məhsul yığımına vaxtında başlayan Xırmandalı, Təklə, Qızılağac, Mahmudavar və Bədəlan kəndlərinin torpaq mülkiyyətçiləri bu bitkinin əkini ilə daha çox məşğul olur və hər il də yaxşı mənfəət götürürlər. Torpaq sahiblərinin dediyinə görə, istehsal etdiyi məhsulu ötən illərdə olduğu kimi bu il də yerli bazarlara çıxarırlar.

Keçidlər