Şriftin ölçüsü :

Saytın rəngi :

Tərəvəz bitkilərinin yığımı davam edir

04 avqust 2020 | 16:00

Bu ilin məhsulu üçün Masallı rayonu üzrə ümumulikdə 1747 hektarda tərəvəz əkin aparılıb. Bunun da 522,3 hektarı badımcan, 17,5 hektarı kələm, 95,7 hektarı isə bibər əkini sahəsidir.

Belə ki, bu növ tərəvəz əkin sahələri üzrə ən öncül ərazilərdən olan – Xırmandalıda 210, Öncəqalada 54, Səmidxanda 42, Həsənlidə 38, Yeddioymaqda 20 hektarda badımcan, Səmidxanda 4,5 , Banbaşıda və Təklədə hərəsi 3 hektar kələm, Təklədə 12, Xılda 10, Qızılağac və Öncəqalada 7, Səmidxanda 6, Həsənlidə 5, Ərkivan və Mahmudavarda isə 4 hektarda bibər əkilib.
Hazırda rayon ərazisində tərəvəz bitkilərinin yığımına başlanılıb. Bu günədək sahələrdən 501 ton kələm, 13375 ton badımcan yığılıb.
Tərəvəz bitkilərinin yığımı davam edir.

Keçidlər