Masallıda RİH başçısı tərəfindən vətəndaşların növbəti videoqəbulu keçirilib
04 avqust 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşlarla növbəti onlayn qəbulunu keçirib
Virtual qəbul zamanı Bədəlan kənd sakini Samirə Şahverdi qızı Vəliyeva övladının xəstəliyi ilə bağlı, Ərkivan qəsəbə sakini Sevda Abuzər qızı Məmmədova sahibkarlar üçün ayrılan kreditlə təmin olunması, Banbaşı kənd sakini Ruhid Əlcavad oğlu Abdullayev həyətyanı torpaq sahəsinə gedən yolunun qonşusu tərəfindən zəbt edilməsi, Masallı şəhər sakini, 2 övlad anası, işsiz, kirayədə yaşayan Ülviyyə Rüstəm qızı Hüseynova ona yardım verilməsi, Masallı şəhər sakini, ağ ciyər xəstəsi, ailəsindən boşanmış Əlizamin Bağı oğlu Əliyevə sosial yardım və müavinət verilməsi, Şərəfə kənd sakini Murad Xaləddin oğlu Xəlilov Estoniyanın Tartu Universitetində magistr təhsili almaq üçün ona maddi yardım verilməsi, Masallı şəhər sakini Elçin Gülağa oğlu Ramazanova pensiya təyinatı və «Təcili yardım» maşını çağırışı, Masallı şəhər sakini, ehtiyyatda olan hərbi qulluqçu gizir Vidadi Səhər oğlu Quliyev mənzil növbəsinə alınması barədə və s. ilə bağlı müraciətləri dinlənilib.
Vətəndaşların müraciətlərini dinləyən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Ş.Məmmədov onların problemlərinin aidiyyatı təşkilatlar üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verib, səslənən bütün müraciətlərin nəzarətə götürüldüyünü diqqətə çatdırıb.