Qarğıdalı qiymətli bitkidir
05 avqust 2020 | 16:00
Qarğıdalı heyvandarlığın inkişafında xüsusi yeri olan sulu-şirəli yemlərdəndir. Yay aylarında mal-qaranın bu qidaya daha çox ehtiyacı olur. Bu il Masallıda 65,5 hektar sahədə qarğıdalı yetişdirilib. Bir neçə gündür ki, qarğıdalı biçininə başlanıb. İndi hər gün mal-qaranın yem rasionuna qarğıdalının da yaşıl kütləsi əlavə olunur.
Təklə, Yeddioymaq, Boradigah, Banbaşı, Qızılağac, Qızılavar heyvandarları daha çox qarğıdalı əkmişlər.