Dənli - paxlalı ərzaq bitkisi — Lərgə
05 avqust 2020 | 16:00
Dənli - paxlalı ərzaq bitkisi olan lərgənin insan sağlamlığına müsbət təsiri məlumdur. Bu ərzaq bir çox yeməklərin hazırlanmasında istifadə edilir. Odur ki, bazar və marketlərdə çəkilmiş lərgə həmişə yüksək qiymətdə olur. Bu il də alıcılar bu ərzaqdan ötrü çətinlik çəkməyəcəklər. Masallı fermerləri 61, 3 hektarda lərgə yetişdirmişlər. Səmidxan, Bədəlan, Xıl, Boradigahda lərgə əkinindən bol məhsul əldə edilmişdir.