Masallı şəhər Təbriz küçəsinin asfaltlanmasına başlanıldı
Pandemiya dövrünün çətinliklərinə baxmayaraq Masallı şəhərində, şəhərdaxili məhəllələrdə, ayrı-ayrı yaşayış məntəqələrində tikinti və abadlıq işləri davam etdirilir, yollar və xiyabanlar əsaslı təmir olunur.
Dövlət büdcəsindən ayrılmış vəsait hesabına Masallı şəhərinin 18 küçəsinə asfalt döşənməsi nəzərdə tutulmuşdur.
Belə ki, 05 avqust 2020-ci il tarixdən etibarən küçələrdə işlərə start verilmişdir. Uzunluğu 700 metr, eni 4 metr olan Təbriz küçəsinə iri dənəli asfalt beton qarışığından örtüyün alt qatı vurulmuşdur.
Şəhər sakinləri koronavirus infeksiyasının yaratdığı çətinliklərə rəğmən, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.