Masallıda 49 hektarda balqabaq əkilib
Hər kəsə bəllidir ki, balqabaq, yəni el dilində boranı respublikamızın cənub bölgəsinin ənənəvi təsərrüfat sahəsidir.
Cari ilin məhsulu üçün Masallı rayonunda da ümumilikdə 332,8 hektarda bostan bitkilərinin əkini aparılıb ki, bunun da 49 hektarını balqabaq əkini təşkil edir.
Bu il Səmidxan, Mahmudavarda 5, Banbaşı, Xıl, Qızılağacda 3, Təklə, Bədəlan, Öncəqalada 2 hektarda və bir neçə ərazidə balqabaq əkininə üstünlük verilib.
Artıq bir neçə gündür ki, məhsul yığımın başlanılıb.
Təsərrüfatçılar bildirir ki, boğmalı meyvəsi və şirin ləti olan qabaq növü olan balqabaq ətraf iqlim amillərinə qarşı dözümlüdür, xüsusi qayğı tələb etmir. Yeganə məhsuldur ki, il ərzində bazarlarda mövqeyini əldən vermir, qonşu ölkələrdən boranı gətirilmir.