Masallı şəhərində bu gün üçün 5 küçə asfaltlanır
Pandemiya dövrünün çətinliklərinə baxmayaraq Masallı şəhərində, şəhərdaxili məhəllələrdə, ayrı-ayrı yaşayış məntəqələrində tikinti və abadlıq işləri davam etdirilir, yollar və xiyabanlar əsaslı təmir olunur.
Dövlət büdcəsindən ayrılmış vəsait hesabına Masallı şəhərinin 18 küçəsinə asfalt döşənməsi nəzərdə tutulmuşdur.
Belə ki, 06 avqust 2020-ci il tarixdə Masallı şəhər Mircəlal Paşayev küçəsinə uzunluğu 620 metr, eni 3,5 metr, Niyazi küçəsinə uzunluğu 500 metr, eni 3,5 metr, Babək küçəsinə uzunluğu 500 metr, eni 3,5 metr, Zərifə Əliyeva küçəsinə uzunluğu 350 metr, eni 4 metr və Bəxtiyar Vahabzadə küçəsinə uzunluğu 660 metr, eni 4 metrinə iri dənəli asfalt beton qarışığından örtüyün alt qatı vurulmuşdur.
Şəhər sakinləri koronavirus infeksiyasının yaratdığı çətinliklərə rəğmən, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.