Masallı şəhərində 2 küçə yekunlaşmış, növbəti 4 küçədə asfaltlanması işləri davam etdirilir
07 avqust 2020 | 16:00
Masallı şəhər ərazisində uzunluğu 660 metr, eni 4 metr olan Bəxtiyar Vahabzadə və uzunluğu 350 metr, eni 4 metr olan Zərifə Əliyeva küçələrində hündürlüyü 8 sm olmaqla asfaltlanma işləri tam yekunlaşmışdır.
Habelə uzunluğu 510 metr, eni 3,5 metr olan Ələsgər Ələkbərov, uzunluğu 360 metr, eni 3,5 metr olan Bülbül, uzunluğu 150 metr, eni 3,5 metr olan Məhəmməd Hadi və uzunluğu 150 metr, eni 3,5 metr olan Əzim Əzimzadə küçələrində isə iri dənəli asfalt beton qarışığından örtüyün alt qatı vurulmuşdur.
Hal-hazırda küçələrdə asfaltlanma işləri davam etdirilir.