Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda əkin sahələrinin suvarılması üçün kifayət qədər su ehtiyatı vardır

07 avqust 2020 | 16:00

Masallıda kənd təsərrüfatı bitkilərinin suvarılması üçün əsas mənbə 46 milyon kubmetr su tutumu olan Viləşçay Su Anbarıdır. Bu da rayonda 8 min hektar əkin sahəsini su ilə təmin edə bilir. Hazırda 7,8 min hektar müxtəlif kənd təsərrüfatı bitkilərini suvarmağa imkan verir. Bundan 305 hektarı çəltik sahələridir ki, bunun da başqa bitkilərə nisbətən suya tələbatı 8 dəfə çoxdur. Digər tərəfdən rayonun bir çox ərazilərində mal-qaranın suvarılması üçün kənddaxili kanallara su verilir. Bu da xeyli su məsrəfinə səbəb olur.
Hazırda Viləşçay Su Anbarında 12 milyon kubmetr su ehtiyatı vardır ki, bu da sentyabrın 15-ə kimi rayondakı əkin sahələrinin suvarılmasına kifayət edir.

Keçidlər