Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri asfaltlanma işləri gedən küçələrə baxış keçirib

07 avqust 2020 | 16:00

07 avqust 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov şəhərin Bəxtiyar Vahabzadə küçəsində asfaltvurulma işlərilə yerində tanış olmuşdur.

Küçəyə uzunluğu 660 metr, eni 4 metr və hündürlüyü 8 sm olan asfalt örtüyü vurulmuşdur. Asfalt döşənən ərazidə səliqə-sahman işləri görülüb. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov son işlərlə tanış olmuş və inşaatçılara öz tapşırıqlarını vermişdir. Qeyd edək ki, 2020-ci ildə Masallı şəhərinə daxil olan 18 küçədə asfaltlanma işləri nəzərədə tutulmuşdur.

Keçidlər