Şriftin ölçüsü :

Saytın rəngi :

Son altı ayda rayonun iqtisadi və sosial inkişafı artmışdır

07 avqust 2020 | 16:00

Masallı rayonunun ümumi məhsul buraxılışının həcmi yanvar–iyun aylarında 229326,1 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz çoxdur.
Hesabat dövründə 28528,3 min manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir. İstehsal olunmuş sənaye məhsulunun 24,0 min manatı və ya 0,1 faizi mədənçıxarma sənayesinin, 24461,7 min manatı və ya 85,7 faizi emal sənayesinin, 3755,1 min manatı və ya 13,2 faizi elektrik enerjisi, qaz və  buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 287,5 min manatı və ya 1,0 faizi su  təchizatı  tullantılarının təmizlənməsi və emalının  payına düşür.
Hesabat dövründə kənd təsərrüfatı məhsulları istehsalı 99947,8 min manat olmaqla, keçən ilin müvafiq dövrü ilə müqayisədə 16,8 faiz artmışdır. Məhsul buraxılışınin 58,5 faizi və ya 58465,6 min manati bitkiçilik, 41,5 faizi və ya  41482,2 min manatı heyvandarlıq təşkil etmişdir. Hesabat dövründə iri buynuzlu mal-qara 73219 baş olmaqla, ət istehsalı 3592,1 ton, süd istehsalı 25898,8 ton, yumurta istehsalı 36515 min ədəd , qoyun və keçilər 93337 baş  təşkil etmişdir.
Yanvar-iyun aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 24004,0 min manat investisiya yönəldilmişdir ki, bunun da 22477,0 min manatı tikinti quraşdırma işlərində istifadə edilmişdir.
Yanvar-iyun aylarında ilkin hesablamaya əsasən nəqliyyat sektoru üzrə xidmətin həcmi 263,5 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz çoxdur.
Rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 914,6 min manatlıq və ya keçən ilin müvafiq dövründən 13,6 faiz çox rabitə xidməti  göstərmişdir.
Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsi  üzrə məhsul buraxılışının həcmi 190388,0 min  manat olmaqla 11,5 faiz, əhaliyə göstərilən ödənişlı xidmətlərin ümumi həcmi isə 34810,0  min manat olmaqla 19,2 faiz azalmışdır.
lkin hesablamaya əsasən yanvar-iyun aylarında mövcud olan 108079 min nəfər məşğul əhalinin 14241 nəfərini muzdla işləyənlər təşkil etmişdir. Muzdla çalışan 1 nəfər işçiyə  düşən orta aylıq əməkhaqqı  425,9 manat olmuşdur. Keçən illə müqayisədə 1 nəfərə düşən orta aylıq əməkhaqqı 324,2 manat (31,4 faiz) artmışdır.

Keçidlər