Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA 28 MAY – RESPUBLİKA GÜNÜNƏ HƏSR OLUNMUŞ “MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR” MÖVZUSUNDA TƏDBİR

28 may 2014 | 15:00

27 may 2014-cü il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində 28 may – Respublika gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir keçirilmişdir.

  Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər. Sonra tədbir Masallı şəhər Heydər Əliyev Mərkəzində davam etmişdir.

            Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanları əməkdaşları, idarə, müəssisə rəhbərləri, ağsaqqallar və rayonun tanınmış ziyalıları iştirak etmişdir.

Mərasimi giriş sözü ilə Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik Respublikanın Azərbaycanda yaradılmasını ölkəmizin dövlətçiliyi tarixində mühüm mərhələ olduğunu vurğulanmışdır. Qeyd olunmuşdur ki, fəaliyyət göstərdiyi 23 ay ərzində Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsində gördüyü işlərdən danışmışdır. Qeyd olunmuşdur ki, 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra da xalqımızın azadlıq uğrunda mübarizəsi davam etmiş, 70 ildən sonra ölkəmiz öz dövlət müstəqilliyinə yenidən qovuşmuşdur. Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə müstəqilliyimiz əbədi, sarsılmaz və dönməz xarakter almışdır.

             Tədbirdə “Dəfinə” məktəb liseyinin tarix müəllimi Mürvət Abbasov məruzə ilə çıxış etmişdir. Həmçinin tədbirdə iştirak edən Türkoba kənd Ağsaqqallar Şurasının sədri Əfqan İbrahimov, Yeyənkənd kənd tam orta məktəbinin müəllimi Dilarə Bayramova, Müharibə, Əmək, Silahlı Qüvvələr və hüquq mühafizə orqanları Veteranları Şurası Masallı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev və başqaları çıxış edərək xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı şərəfli mübarizə yolundan, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə qazanılmış dövlətçilik təcrübəsindən söhbət açılmışlar və Ölkəmizin iqtisadi qüdrətinin, beynəlxalq nüfuzunun artması Ulu Öndərimizin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsi kimi qiymətləndirilmişlər.

             Sonda tədbir Masallı rayon Mədəniyyət və turizm şöbəsinin özfəaliyyət kollektivi və rayonun tanınmış musiqiçilərinin ifasında rəngarəng konsert proqramı ilə davam etmişdir.

Keçidlər