Masallıda RİH başçısı növbəti videoqəbulu keçirilib
08 avqust 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşlarla növbəti onlayn qəbulunu keçirib.
Virtual qəbul zamanı Qarğalıq kənd İƏD (Kürdəbaz) sakini, üç uşaq anası Heyran Əlibala qızı Xəlilova ailə şəraitinin və dolanışığının acınacaqlı olması, Sığdaş kənd sakini, I qrup Qarabağ müharibəsi veteranı Məmmədsala Həmdulla oğlu Rzayev ona kömək göstərilməsi, Masallı şəhər sakini, Röyal Məmməd oğlu Nəbiyev çoxuşaqlı ailələrinə kömək göstərilməsi, Masallı şəhər sakini Mühamməd Rzazadə məhəllədaxili və ara yollara asfalt döşənməsində ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, icra başçısına minnətdarlıq, Güllütəpə kənd İƏD (Köhnə Zuvand kəndi) sakini Cəmil Əliməmməd oğlu Xəlilzadə Lənkəran Dövlət Universitetinin riyaziyyat informatika fakültəsinin bakalavr təhsili alması, habelə işlə təmin olunmasını istəməsi, Masallı şəhər sakini Tükəz Həsrət qızı Nurullayeva həyətyanı torpaq və şəxsi məsələsi ilə bağlı, Mahmudavar kənd İƏD (Rüdəkənar) sakini Nazim Əlisa oğlu Aslanov kənddə, qərisitanlığın yanında spirtli içkilər satılan obyektin sökülməsi, Masallı şəhər sakini, İkinci qrup əlil Cabir Yasər oğlu Qəribov səhhəti ilə bağlı kömək göstərilməsini, Ərkivan qəsəbə sakinləri Ülviyyə Əlirza qızı və Hafizə Mürsəl qızı Hüseynovalar şəxsi həyətyanı torpaq sahəsi alması və s. ilə bağlı müraciətlərini səsləndiriblər.
Vətəndaşların müraciətlərini dinləyən Masallı rayon İcra hakimiyyətinin başçısı cənab Ş.Məmmədov axırda vətəndaşların problemlərinin aidiyyatı təşkilatlar üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verib, səslənən bütün vətəndaş müraciətlərinin nəzarətə götürüldüyünü diqqətə çatdırıb.