BİBƏR YIĞIMI DAVAM EDİR
09 avqust 2020 | 16:00
Masallıda bibər məhsulu yığılır. Bu bitki çox məhsuldar olduğundan əkin sahəsi ilbəil artır. Hazırda hər gün rayonda mövcud olan 96 hektara yaxın sahədən on tonlarla bibər yığılıb yerli və yaxın şəhərlərin bazarlarına göndərilir.
Təklə, Xıl, Həsənli, Öncəqala, Səmidxan, Qızılağac Çaxırlı, Ərkivan fermerləri sahələrdən daha çox və təzə bibər yığıb sata biliblər.
Qeyd edək ki, Masallının tərəvəz tarlalarında məhsul yığımı sentyabrın sonuna kimi davam edəcəkdir.