MASALLIDA HEYVANDARLIQLA BAĞLI GÖRÜLMÜŞ İŞLƏR
Masallı əhalisinin əsas məşğuliyyəti hesab olunan heyvandarlıq inkişaf etməkdədir. Mal-qara sayının və heyvandarlıq məhsullarının ötən ilin müvafiq dövrünə nisbətən xeyli artması bu sahənin inkişaf etdiyini göstərir. Əvvəlki illərdə olduğu kimi son altı ayda da mal-qaranın sayı və heyvandarlıq məhsulları istehsalı xeyli artmışdır.
Cari ilin faktiki qiyməti ilə Masallıda 99947,8 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bunun da 58465,6 min manatı və ya 58,5 faizi heyvandarlıq məhsullarının payına düşür.
2020-ci ilin yanvar-iyun aylarında, 2019-cu ilin müvafiq dövrünə nisbətən rayon üzrə iri buynuzlu mal-qaranın sayı 0,2 faiz, o cümlədən inək və camışların sayı 0,5 faiz, qoyun və keçilərin sayı isə 2,5 faiz artmışdır.
Sürüdə olan inək və camışların xüsusi çəkisi 50,2 faiz təşkil etmişdir.
Rayon üzrə əhali təsərrüfatlarında olan iribuynuzlu mal-qaraya, qoyun və keçiyə zootexnik və zoobaytar tərəfindən xidmət göstərilmişdir.
Bildirirk ki, Masallı rayonunda aparılan profilaktiki tədbirlər nəticəsində mal-qara, qoyun-keçi və digər heyvanlar arasında infeksion xəstəliklər baş verməmişdir.