Masallıda 28 May Respublika gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir ” mövzusunda dəyirmi masa keçirilmişdir
26 May 2014-cü il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində 28 May Respublika gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” mövzusunda dəyirmi masa keçirilmişdir.
Dəyirmi masanı giriş sözü ilə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov açaraq, bildirmişdir ki, 1918-ci il may ayının 28-də Məmmədəmin Rəsulzadənin rəhbərliyi ilə Tiflis şəhərində Azərbaycan Xalq Cumhuriyyəti yaradılmışdır. Elə bu dövrdən başlayaraq Azərbaycan xalqını gözü götürməyən düşmənlərimiz xalqımıza qarşı öz məkirli siyasətini davam etditmişlər. 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cumhuriyyəti yaxın şərqdə ilk demokratik Respublika olmuşdur, lakin 1918-ci ildən başlayaraq dövlətçiliyimizə qarşı soyqırımlar, təxribatlar başlamışdır. Amma bu təxribatlar azərbaycan xalqının mökəm iradəsini qıra bilməmişdir.
1991-ci il oktyabr ayının 18-də xalqımız yenidən öz müstəqilliyini əldə etdi. Müstəqilliyin ilk illərində Azərbaycan Respublikası öz tarixinin çox mürəkkəb dövrünü yaşamışdır.Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimiz daha da mökəmlənmişdir.
Dəyirmi masada Rayonun fəal fənclərindən Elvin Mirzəyev, Günay Mehrəliyeva və başqaları çıxış edərək qeyd etdilər ki, Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur.