Sərçuvarda bu il də pomidor boldur
10 avqust 2020 | 16:00
Sərçuvar ərazisində bu mövsümdə də 100 hektara yaxın sahədə pomidor əkilib. Məhsul istehsalçıları əkin sahəsində nümunəvi becərmə işləri apardıqları üçün plantasiyalarda məhsul ötən ildəki ilə müqayisədə qat-qat çoxdur.
Məhsul yığımına vaxtında başlayan torpaq sahibləri hər hektardan 20 tona qədərməhsul toplayırlar. Hələ sahələrdə məhsul çoxdur.
Fermerlərdən Rafiq Abdullayev, Hüseynağa Nəcəfov, Balakişi Səfərov yetişdirdikləri məhsulu itkisiz toplamaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.