Ərkivan təsərrüfatçıları bu mövsümdə bol məhsul əldə ediblər
10 avqust 2020 | 16:00
Cari ilin məhsulu üçün Ərkivan qəsəbəsində 10 hektarda paxlalı bitkilər, 7 hektarda xiyar, 5 hektarda pomidor, 5 hektar sahədə kartof, 2 hektarda soğan, 2 hektarda soğan, 2 hektarda sarımsaq, 1 hektarda zəfəran, 1 hektarda günəbaxan və s. olmaqla yazlıq əkinləri aparılıb.Təsərrüfatçılar bu mövsümdə bol məhsul əldə ediblər.
Qəsəbədə çayçılığın inkişafı ilə əlaqədar mühüm addımlar atılır. Belə ki, Dövlət Proqramının icrası məqsədilə ərazidə Aqrar Məşğulluğun Artırılması Layihəsi (“AMAL”) çərçivəsində 2,2 hektar sahədə yeni çay plantasiyası salınıb. 4,5 hektar sahədə çəltik əkilib.
Mövsümə uyğun olaraq məhsul tədarükü işləri davam etdirilir.