Masallı şəhər ərazisində asfaltlanma işləri davam etdirilir
10 avqust 2020 | 16:00
10 avqust 2020-ci il tarixdə Masallı şəhərində uzunluğu 150 metr, eni 3,5 metr olan Məhəmməd Hadi və uzunluğu 150 metr, eni 3,5 metr olan Əzim Əzimzadə küçələrində asfaltlanma işləri yekunlaşmışdır.
Habelə Heydər Əliyev prospektinin 1 və 2-ci döngələri, Cəfər Cabbarlı və Qara Qarayev küçələrində iri dənəli asfalt beton qarışığından örtüyün alt qatının vurulmasına başlanılmışdır.
Hal-hazırda asfaltlanma işləri davam etdirilir.