Qızılavar və Bədəlan kəndlərində “Ağsaqqallar evi” istifadəyə verilmişdir
27 may 2014 | 15:00
Masallı rayonunda ahıl insanların istirahətini səmərəli təşkil etmək məqsədilə təkcə şəhərdə deyil, qəsəbə və kəndlərdə də “Ağsaqqallar evi”nin tikilməsi ənənə halını almışdır.
Rayonun daha iki kəndində - Qızılavar və Bədəlan kəndlərində “Ağsaqqallar evi” istifadəyə verilmişdir. Bu münasibətlə hər iki yaşayış məntəqəsində keçirilən mərasimlərdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Rafil hüseynov ölkəmizdə ahıl insanlara göstərilən dövlət qayğısından danışmış, bu istiqamətdə görülmüş işlərin davam olunduğunu qeyd etmişdir. qiymətləndirmişlər.
Yaşlı nəslin nümayəndələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.