Xılda 95, 6 hektarda çəltik əkilib
11 avqust 2020 | 16:00
Masallıda ənənəvi sahə olan çəltikçiliyin yenidən dirçəldilməsi torpaq mülkiyyətçilərinin böyük sevincinə səbəb olub. Hazırda rayonda, çəltik sahələrində qızğın iş gedir.
Xıl ərazisində 95,6 hektar torpaqda çəltik əkilib. Kənd sakinlərinin hər il əldə etdikləri bol məhsul onların bu sahəyə olan marağını artırıb.
Bütün aqrotexniki tədbirləri vaxtında və keyfiyyətlə yerinə yetirilir. Əkin zamanı “Haşimi” və “Apolo” növlü düyü növünə daha çox üstünlük verilib.
Məhsul yığımına avqust ayının sonunda başlanılacaq.