Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə
1. 10 avqust 2020-ci il tarixdə rayon ərazisində pandemiya dövründə görülmüş işlər barədə malumatlar.
2. 10 avqust 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyasi ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, Mərkəzi Poçt, Məşğulluq Mərkəzi, Avtovağzal, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat, 11 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi, 2 ərazidə 11 fərdi yaşayış evi və 6 küçə dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.
3. RİHB-sının təşkilatçılığı ilə, YAP rayon təşkilatının Gənclər Birliyinin könüllüləri və DSMF-nin rayon şöbəsinin əməkdaşları tərəfindən 65 yaşdan yuxarı olan 163 nəfər tənha-kimsəsiz vətəndaşlarla görüşülüb onların sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə köməklik göstərirlər. Hal-hazırda işlər davam etdirilir.
4. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
10 avqust 2020-ci il tarixdə 1032 nəfərlə görüşülmüş və onlardan 162 nəfərin maskasız olması müəyyən edilmişdir. Qaydaları pozan 2 nəfər polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən Masallı şəhəri üzrə mobil qruplar tərəfindən ümumilikdə 34836 nəfərlə görüşülmüş və onlardan 3279 nəfərin maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 232 nəfər və 11 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
5. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
10 avqust 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 3589 nəfərlə görüşülmüş, onlardan 676 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 3 nəfər polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən qəsəbə və kəndlər üzrə ümumilikdə mobil qruplar tərəfindən 187768 nəfərlə görüşülmüş, 34239 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 262 nəfər və 1 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
6. 10 avqust 2020-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 4621 nəfərlə görüşülmüş və 838 nəfərin maskasız olması müəyyən olunmuşdur. Xüsusi karantin rejimi qaydalarını pozan 5 nəfər polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən 222604 nəfərlə görüşülmüş və 37518 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 494 nəfər və 12 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 19500 ədəd tibbi maska və 850 litr tibbi spirt paylanmışdır.
7. 10 avqust 2020-ci il tarixdə koronavirusla bağlı 15 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon ərazisində 8525 nəfərdən yaxma götürülmüşdür.