Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Gənclər bizim sabahımızdır” mövzusunda gənclərlə onlayn görüş

11 avqust 2020 | 16:00

11 avqust 2020-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və “Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 12 avqust “Beynəlxalq Gənclər Günü” münasibəti ilə “Gənclər bizim sabahımızdır” mövzusunda gənclərlə zoom proqramı vasitəsi ilə onlayn görüş keçirilmişdir.

Tədbirin çıxış edən Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov 12 avqust “Beynəlxalq Gənclər Günü” haqqında geniş məlumat verərək bildirib ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəslə bağlayır. Sağlam, bilikli gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılıdır. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Camal Manafov ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətindən bəhs edərək qeyd edib ki, Ümummilli Liderin gənclərə diqqəti nəticəsində Azərbaycanda Gənclər və İdman Nazirliyinin yaradılıb, 2 fevral tarixi Gənclər Günü kimi təsis edilib. Bu gün ulu öndər Heydər Əliyevin gənclər siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə “Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov qeyd edib ki, tarix boyu Azərbaycan öz gəncliyi ilə fəxr edib. Bu gün Azərbaycan gəncliyi öz təşəbbüskarlığı ilə fərqlənir. Ölkəmizdə gənclər üçün bütün imkanlar yaradılıb, Azərbaycan gəncliyi cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Bu gün gənclərimiz sosial, siyasi, iqtisadi sahələrdə fəal rol oynayır, bütün proseslərdə yaxından iştirak edirlər.

Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin könüllülərinin sədri fəal gənc İslam Ərzullazadə çıxış edərək bildirdi ki, Ölkədə gənclərə qayğı gündən-günə artır. Onlara etimad göstərilməyə, məsul vəzifələrdə çalışamalarına şərait və imkan yaradılır. Gənclərin ixtisaslarının artırılmasına, çalışdıqları sahələr üzrə daha da təkmilləşmələri, inkişaf etmiş demokratik ölkələrin təcrübələrinə yiyələnmələri üçün qayğı göstərilir.

Tədbirdə çıxış edənlər fəal gənclərdən Xətayi rayonundan Aynur Qənbərova , Ağdam rayonundan Röya Vəliyeva, Sumqayıt şəhərindən Fidan Həbibova, Şəki rayonundan Nərgiz Məlikova gəncləri bayram münasibətilə təbrik edib, onlara gələcək həyatlarında və fəaliyyətlərində uğurlar arzulayıblar.

Keçidlər