Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd edildi.

31 may 2014 | 15:00

30 may 2014-cü il tarixdə Masallı şəhər 3 saylı körpələr evi-uşaq bağçasında  1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Uşaqlar sülh istəyir” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Nuranə Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə uşaqları təbrik etmişdir.
Tədbirdə iştirak edən rayon İcra hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Nigar Kərimova, rayon Təhsil şöbəsinin metodisti Münəvvər Əzimova və Gənclər və İdman idarəsinin məsləhətçisi Şaban Əliyev uşaqları müxtəlif oyunlarla sınağa çəkmişlər. Yarışda I yeri şəhər 3 saylı körpələr evi-uşaq bağçası, II yeri şəhər 4 saylı körpələr evi-uşaq bağçası, III yeri Şərəfə kənd uşaq bağçası tutmuşdur. Qalib gələn bağçalara diplomlar təqdim edilmişdir.
Həmçinin tədbirdə körpələr evi-uşaq bağçalarının rəqs kollektivlərinin rəqsi təqdim edilmişdir.
Sonda uşaqlar Heydər Əliyev parkındakı “Ana və uşaq” kafesinə getmişlər və həmçinin parkda yerləşən uşaq əyləncə qurğularından istifadə edərək əyləncələrinə davam etmişlər.

Keçidlər