MASALLIDA TİKİNTİ
Cari ilin altı ayında Masallı rayonunda 17790,2 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bunun 830,2 min manatı dövlət mülkiyyətinin, 16960,0 min manatı qeyri- dövlət mülkiyyətinin payına düşür.
Bütün maliyyə mənbələrindən əsas kapitala 24004,0 min manat investisiya yönəldilmişdir. Yönəldilmiş investisiyanın 7023,6 min manatı dövlət, 16980,4 min manatı qeyri-dövlət mülkiyyətinin payına düşür. Həmin investisiyadan 22477,0 min manatı tikinti — quraşdırma işlərində istifadə edilmişdir.
İnvestisiyanın 6344,6 min manatını dövlət, 16132,4 min manatını qeyri-dövlət mülkiyyəti təşkil edir.
2020-ci ilin yanvar — iyun aylarında ölkə iqtisadiyyatının əsas sahələrindən biri olan tikinti müəssisələri öz gücü ilə 1094,5 min manat və ya əvvəlki ilin müvafiq dövründəkinin 67,1 faizi qədər tikinti işləri yerinə yetirilmişdir. Tikinti işlərinin 201,3 min manatını (18,4 faizini) yeni tikinti yenidənqurma, genişləndirmə işləri, 848,2 min manatını (77,5 faizini) cari təmir işləri, 45,0 min manatını (4,1 faizini) sair tikinti işləri təşkil etmişdir.
Bildirirk ki, yerinə yetirilmiş tikinti işlərinin 893,2 min manatı və ya 81,6 faizi dövlət mülkiyyətinin, 201,3 min manatı və ya 18,4 faizi qeyri dövlət mülkiyyəti hesabına olmuşdur.