Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı şəhərində 1 küçənin asfaltlanması yekunlaşdı, 2 küçədə işlər davam edir

12 avqust 2020 | 16:00

12 avqust 2020-ci il tarixdə Masallı şəhərində uzunluğu 710, eni 4 metr olan Cəfər Cabbarlı küçəsində asfaltlanma işləri yekunlaşmış, uzunluğu 800, eni 3,7 metr olan İmadəddin Nəsimi və uzunluğu 320, eni 3,5 metr olan Fikrət Əmirov küçələrində iri dənəli asfalt beton qarışığından örtüyün alt qatının vurulmasına başlanılmışdır.

Hal-hazırda asfaltlanma işləri davam etdirilir.

Keçidlər