Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda sərt karantin rejimi ilə əlaqədar reydlər davam edir

12 avqust 2020 | 16:00

12 avqust 2020-ci il tarixdə Masallı rayon İcra hakimiyyəti başçısının müavin və şöbə müdirləri, həmçinin rayon Polis şöbəsinin bölmə və sahə rəisləri tərəfindən Masallı rayon Musaküçə, Təzə Alvadı və Təklə ərazilərində fəaliyyət göstərən ictimai iaşə obyektlərində reydlər keçirilmişdir.

Reyd zamanı ictimai iaşə obyektlərində sərt karantin rejimi qaydalarına əməl olunması, gigiyenik vasitələr, maskalardan istifadə olunub olmamağı araşdırılmışdır.
Araşdırılma zamanı sərt karantin rejimi qaydalarını pozduğuna görə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Masallı rayon Musaküçə kəndində 2 ictimai iaşə obyektinin hər biri 200 manat, 2 kənd sakininin hər biri 100 manat, Təklə və Təzə Alvadı ərazilərinin hər birində 1 ictimai iaşə obyektinin hər biri 200 manat məbləğində inzibati qaydada cərimə olunmuşlar.
12 avqust 2020-ci il tarixdə keçirilən reyd zamanı 3 ərazi üzrə 4 ictimai iaşə obyekti və 2 nəfər rayon sakini sərt karantin rejimi qaydalarını pozduğuna görə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən ümumilikdə 1000 manat məbləğində cərimə olunmuşdur.
Rayon ərazisində reydlər mütəmadi olaraq davam etdirilir.

Keçidlər