Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə

13 avqust 2020 | 16:00

1. 12 avqust 2020-ci il tarixdə rayon ərazisində pandemiya dövründə görülmüş işlər barədə malumatlar.

2. 12 avqust 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyası ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, Mərkəzi Poçt, Məşğulluq Mərkəzi, Avtovağzal, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat və 11 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.

3. RİHB-sının təşkilatçılığı ilə, YAP rayon təşkilatının Gənclər Birliyinin könüllüləri və DSMF-nin rayon şöbəsinin əməkdaşları tərəfindən 65 yaşdan yuxarı olan 163 nəfər tənha-kimsəsiz vətəndaşlarla görüşülüb onların sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə köməklik göstərirlər. Hal-hazırda işlər davam etdirilir.

  4. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
12 avqust 2020-ci il tarixdə 1030 nəfərlə görüşülmüş və onlardan 146 nəfərin maskasız olması müəyyən edilmişdir.
21 iyun 2020-ci il tarixdən Masallı şəhəri üzrə mobil qruplar tərəfindən ümumilikdə 37017 nəfərlə görüşülmüş və onlardan 3608 nəfərin maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 233 nəfər və 14 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

5. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
12 avqust 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 3558 nəfərlə görüşülmüş, onlardan 773 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 4 obyekt və 2 vətəndaş polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən qəsəbə və kəndlər üzrə ümumilikdə mobil qruplar tərəfindən 194953 nəfərlə görüşülmüş, 35694 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 264 nəfər və 6 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

6. 12 avqust 2020-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 4588 nəfərlə görüşülmüş və 919 nəfərin maskasız olması müəyyən olunmuşdur. Xüsusi karantin rejimi qaydalarını pozan 4 obyekt və 2 nəfər vətəndaş polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən 231970 nəfərlə görüşülmüş və 39302 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 497 nəfər və 20 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 19600 ədəd tibbi maska və 853 litr tibbi spirt paylanmışdır.

7. 12 avqust 2020-ci il tarixdə koronavirusla bağlı 32 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon ərazisində 8557 nəfərdən yaxma götürülmüşdür.

Keçidlər