Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA RABİTƏ XİDMƏTİ

13 avqust 2020 | 16:00

        Masallı rayonunda yerləşən poçt və rabitə müəssisələri 2020-ci ilin yanvar-iyun aylarında əhaliyə, müəssisə və təşkilatlara 1112,6 min manat həcmində xidmət göstərilmişdir ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 132,8 min manat və ya 13,6 faiz çoxdur.

      Göstərilən poçt və rabitə xidmətinin 758,2 min manatı və ya 68,1 faizi əhaliyə, 354,4 min manatı və ya 31,9 faizi müəssisə və təşkilatlara göstərilmişdir.

      Keçən ilin eyni dövrü ilə müqayisədə göstərilən xidmətlər əhaliyə 7,8 faiz azalmış, müəssiə və təşkilatlara isə 124,7 faiz çoxalmışdır.

       Bir işçiyə düşən orta aylıq əmək haqqı 409,3 manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,3 manat və ya  3.9 faiz çoxdur.

Keçidlər