Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayonunda Dövlət bayrağı günü qeyd edildi.

09 noyabr 2012 | 16:00

Masallı rayonunda Dövlət bayrağı günü münasibətilə silsilə tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də 8 noyabr 2012-ci il tarixdə Masallı rayonunda qeyd edildi. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə təzə tər gül dəstələri düzdülər. Sonra tədbir Bayraq meydanında davam etdi. Tədbirdə RİH-nin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanları, idarə,müəssisə və təşkilat rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Tədbirdə N.Gəncəvi adına Masallı şəhər Mədəniyyət evinin özfəaliyyət kollektivinin iştirakı ilə geniş tədbir keçirilmişdir.

Keçidlər