Şriftin ölçüsü :

Saytın rəngi :

Hacı Mirqiyas Təhməzov – 70

03 iyun 2014 | 15:00

02 iyun 2014-cü il tarixdə rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Qafqaz Müsəlmanları İdarəsi Cənub bölgəsi üzrə Qazisi Hacı Mirqiyas Təhməzovun  70 illiyinə həsr olunmuş təbdir keçirilmişdir.

İlk öncə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər və ruhuna dualar oxuyub fatihə verdilər.

Sonra Nizami Gəncəvi adına Masallı şəhər Mədəniyyət evində tədbirin açılışı oldu. Tədbir giriş sözü ilə Masallı rayon Ağsaqqallar  Şurasının sədri Cavanşir Əsədov açaraq tədbirdə iştirak edənləri salamladı və yubiliyar barədə öz xatirələrini bölüşdü, yubiliyarın həyat yolundan tədbir iştirakçılarına bəhs etdi.

Tədbirdə iştirak edən rayon İcra hakimiyyəti başçısının I müavini Nadir Abıyev rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov və bütün kollektivi adından yubiliyarı təbrik etdi. Qiymətli hədiyyələrini təqdim edərək öz xoş arzularını dilə gətirdi.

Rayon Ağsaqqallar Şurasının sədr müavini Maşallah Kərimov yubiliyar Hacı Mirqiyas Təhməzovun həyatı barədə geniş məruzə ilə çıxış etmişdir.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev yubiliyarın misilsiz xidmətlərindən bəhs edərək Azərbaycanın çətin günlərində Ulu öndər Heydər Əliyevin ətrafında cəmləşənlərdən olduğunu, böyük əzmkarlıq göstərdiyini və rayonu əsl ziyalı, əsl ağsaqqal, əsl ruhani kimi layiqincə təmsil etdiyini vurğulamışdır.

Gələn qonaqlardan Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullah, qohumu Mirmahmud Fəttayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Lənkəran şöbəsinin müdiri Qağayi Məmmədov, Prezident təqaüdçüsü Şirvan Əbilov və cənub bölgəsinin ruhaniləri, din xadimləri, ağsaqqalları, ziyalıları çıxış edərək  yubiliyarla olan xatirələrindən söhbət açmış, ötən anları xatırlamış və yubiliyara olan səmimi təbriklərini çatdırmışlar.

Çıxışların sonunda göstərilən diqqət və qayğıya görə rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynova, rayon Ağsaqqallar Şurasına xoş sözlərinə və təbriklərinə görə bütün çıxış edənlərə dərin minnətdarlığını bildirən Hacı Mirqiyas Təhməzov hər kəsi ölkəmizin müstəqilliyi və suverenliyi naminə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları və xalqımızın dinin inanclarının təbliğində fəal olmaq üçün bütün Qafqazın Şeyxi Şeyxulislam Hacı Allahşükür Paşazadənin ətrafında birləşməyə çağırdı.

Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdirdilər.

Keçidlər