Masallıda sərt karantin rejimi ilə əlaqədar reydlər davam edir
13 avqust 2020-ci il tarixdə Masallı rayon İcra hakimiyyəti başçısının müavin və şöbə müdirləri, həmçinin rayon Polis şöbəsinin bölmə və sahə rəisləri tərəfindən Masallı rayon Ərkivan qəsəbəvə Qızılavar ərazilərində fəaliyyət göstərən ictimai iaşə obyektlərində reydlər keçirilmişdir.
Reyd zamanı ictimai iaşə obyektlərində sərt karantin rejimi qaydalarına əməl olunması, gigiyenik vasitələr, maskalardan istifadə olunub olmamağı araşdırılmışdır.
Araşdırılma zamanı sərt karantin rejimi qaydalarını pozduğuna görə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Masallı rayon Ərkivan qəsəbəsində 1 ictimai iaşə obyekti 200 manat, 1 qəsəbə sakini 100 manat, eləcədə Qızılavar ərazisində 1 ictimai iaşə obyekti 200 manat və 1 kənd sakini 100 manat məbləğində inzibati qaydada cərimə olunmuşlar.
13 avqust 2020-ci il tarixdə keçirilən reyd zamanı 2 ərazi üzrə 2 ictimai iaşə obyekti və 2 nəfər rayon sakini sərt karantin rejimi qaydalarını pozduğuna görə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən ümumilikdə 600 manat məbləğində cərimə olunmuşdur.
Rayon ərazisində reydlər davam etdirilir.