Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə

14 avqust 2020 | 16:00

1. 13 avqust 2020-ci il tarixdə rayon ərazisində pandemiya dövründə görülmüş işlər barədə malumatlar.

2. 13 avqust 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyası ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, Mərkəzi Poçt, Məşğulluq Mərkəzi, Avtovağzal, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat, 12 bərbərxana, 9 gözəllik salonu və 11 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.

3. 01 yanvar 2020-ci il tarixdən - 14 avqust 2020-ci il tarixədək rayon İcra hakimiyyətinə müraciət edən 250 imkansız, aztəminatlı, tənha-kimsəsiz və şəhid ailəsinə maddi yardım göstərilmişdir.

  4. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
13 avqust 2020-ci il tarixdə 1013 nəfərlə görüşülmüş və onlardan 148 nəfərin maskasız olması müəyyən edilmişdir.
21 iyun 2020-ci il tarixdən Masallı şəhəri üzrə mobil qruplar tərəfindən ümumilikdə 38030 nəfərlə görüşülmüş və onlardan 3756 nəfərin maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 233 nəfər şəhər sakini və 14 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

5. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
13 avqust 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 3711 nəfərlə görüşülmüş, onlardan 791 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 2 obyekt və 2 rayon sakini polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən qəsəbə və kəndlər üzrə ümumilikdə mobil qruplar tərəfindən 198664 nəfərlə görüşülmüş, 36485 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 266 nəfər rayon sakini və 8 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

6. 13 avqust 2020-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 4724 nəfərlə görüşülmüş və 939 nəfərin maskasız olması müəyyən olunmuşdur. Xüsusi karantin rejimi qaydalarını pozan 2 obyekt və 2 nəfər rayon sakini polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən 236694 nəfərlə görüşülmüş və 40241 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 499 nəfər rayon sakini və 22 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 19600 ədəd tibbi maska və 853 litr tibbi spirt paylanmışdır.

7. 13 avqust 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Reyd zamanı Ərkivan qəsəbəsində 1 iaşə obyekti 200 manat və 1 qəsəbə sakini 100 manat, Qızılavar kəndində isə 1 iaşə obyekti 200 manat və 1 nəfər kənd sakini 100 manat olmaqla ümumilikdə 600 manat məbləğində cərimə olunmuşdur.

8. 13 avqust 2020-ci il tarixdə koronavirusla bağlı 34 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon ərazisində 8591 nəfərdən yaxma götürülmüşdür.

 

Keçidlər