Masallı şəhərində növbəti 2 küçənin asfaltlanması yekunlaşdı 1 küçədə iş gedir
14 avqust 2020 | 16:00
14 avqust 2020-ci il tarixdə Masallı şəhərində uzunluğu 500, eni 4 metr olan Rafail Abbasov və uzunluğu 450, eni 4 metr olan Koroğlu küçələrində asfalatlanma işləri yekunlaşmışdır.
Uzunluğu 400 metr, eni 4 metr olan Mirzə Fətəli Axundov küçəsində isə iri dənəli asfalt beton qarışığından örtüyün alt qatının vurulmasına başlanılmışdır.
Hal-hazırda asfaltlanma işləri davam etdirilir.