Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Dövlət İmtahan Mərkəzi ali məktəblərə qəbul imtahanı keçirdi

15 avqust 2020 | 16:00

         14 avqust  2020-ci il tarixdə Masallı rayonu “Dəfinə” məktəb liseyi, şəhər 3 saylı  və 4 saylı S.Tağıyev adına tam orta məktəblərində Dövlət İmtahan Mərkəzi tərəfindən II və III qruplar üzrə ali məktəblərə qəbul imtahanı keçirilmişdir. İmtahanda Masallı və Yardımlı rayonları üzrə ümumilikdə 692 nəfər abituriyent iştirak etmişdir.
         Metodiki göstərişləri nəzərə alaraq imtahan keçirilən binaların sanitar qovşaqlarında axar suyun fasiləsizliyinin təmin olunması və binaların dezinfeksiyası, həmçinin şagirdlərin və nəzarətçi müəllimlərin binalara təhlükəsiz çatdırılması, imtahan zamanı binanın qarşısında toplaşan insanlar arasında sosial məsafənin təmin olunması, binaların ətrafında ictimai asayışın qorunması, o cümlədən təcili tibbi yardım və yanğından mühafizə birqadasının olması kimi məsələlər günün tələblərinə uyğun olaraq təşkil olunmuşdur.

Keçidlər