Masallıda RİH başçısı növbəti videoqəbulu keçirilib
15 avqust 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşlarla növbəti onlayn qəbulunu keçirib.
Virtual qəbul zamanı Masallı şəhər sakinləri - Adəm Aydın oğlu İsmayılov, Yaşar Ehtibar oğlu Ağayev, Hikmət Məhərrəməli oğlu Məhərrəmov, Nadir Abbasqulu oğlu Hüseynov, Elnur Aslan oğlu Həsənov, kollektiv şəkildə və başqaları Masallı şəhər yollarının asfaltlanması, Qadir Arif oğlu Abbasov mədəniyyət sahəsində işlə təmin olunması, Zahid Nadir oğlu Həsənov işlə təmin olunması, Şərəfə (Ağakişibəyli) kənd sakini, Həyat Bərxudar qızı Həsənova övladının nevroloji xəstəliyi, ailə vəziyyətinin acınacaqlı olması, Çaxırlı (Kəlbəhüseynli) kənd sakini İltimas Mirzəcan oğlu Hüseynli tələbə övladının illik ödənişini köçürməsi üçün maddi köməklik, Qarğalıq (Eminli) kənd sakini Oruc Ayaz oğlu Fətullayev kənddə su anbarının mövcud vəziyyəti, Qarğalıq (Xallıcallı) kənd sakini Mübariz İmran oğlu Ağayev paybəlli torpağının zəbt olunması ilə əlaqədar, Qəriblər kənd sakini Müşviq Vasif oğlu Ağayev kənddə olan yazışmalar, Qarğalıq kənd sakini Zamiq Balafər oğlu Mirzəyev bələdiyyə üzvlü olaraq Məhkəmədə iştirak etməsi üçün səlahiyyət verilməsi, Boradigah qəsəbə (Mollaoba) sakini Balaş Qafar oğlu Novruzov işlə təmin olunması və s. ilə bağlı müraciətlərini səsləndiriblər.
Vətəndaşların müraciətlərini dinləyən Masallı rayon İcra hakimiyyətinin başçısı cənab Şahin Məmmədov vətəndaşların problemlərinin aidiyyatı təşkilatlar üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verib, səslənən bütün vətəndaş müraciətlərinin nəzarətə götürüldüyünü diqqətə çatdırıb.