Masallı şəhər ərazisində asfaltlanma işləri davam etdirilir
15 avqust 2020 | 16:00
15 avqust 2020-ci il tarixdə Masallı şəhərində uzunluğu 800, eni 3,7 metr olan İmadəddin Nəsimi və uzunluğu 740, eni 4 metr olan Qara Qarayev küçələrində asfaltlanma işləri yekunlaşmış.
Həmçinin uzunluğu 400, eni 4 metr olan Mirzə Fətəli Axundov küçəsində son yekunlaşma işləri gedir.
Hal-hazırda Masallı şəhərində asfaltlanma işləri davam etdirilir.