Masallıda sərt karantin rejimi ilə əlaqədar reydlər davam edir
15 avqust 2020-ci il tarixdə Masallı rayon İcra hakimiyyəti başçısının müavin və şöbə müdirləri, həmçinin rayon Polis şöbəsinin bölmə və sahə rəisləri tərəfindən Masallı şəhəri, Qəriblər, Musaküçə və Yeyənkənd kəndlərində fəaliyyət göstərən ictimai iaşə obyektlərində reydlər keçirilmişdir.
Reyd zamanı ictimai iaşə obyektlərində sərt karantin rejimi qaydalarına əməl olunması, gigiyenik vasitələr, maskalardan istifadə olunub olmamağı araşdırılmışdır.
Araşdırılma zamanı sərt karantin rejimi qaydalarını pozduğuna görə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Masallı şəhər ərazisində 2 ticarət obyektinin hər biri 200 manat, 2 şəhər sakininin hər biri 100 manat, eləcədə Qəriblər ərazisində 1 ictimai iaşə obyekti 200 manat, Musaküçə və Yeyənkənd kəndlərinin hər birində 1 nəfər kənd sakininin hər biri 100 manat məbləğində inzibati qaydada cərimə olunmuşlar.
15 avqust 2020-ci il tarixdə keçirilən reyd zamanı 4 ərazi üzrə 1 ictimai iaşə, 2 ticarət obyekti və 4 nəfər rayon sakini sərt karantin rejimi qaydalarını pozduğuna görə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən ümumilikdə 1000 manat məbləğində cərimə olunmuşdur.
Rayon ərazisində reydlər davam etdirilir.