Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda sərt karantin rejimi ilə əlaqədar reydlər davam edir

16 avqust 2020 | 16:00

16 avqust 2020-ci il tarixdə Masallı rayon İcra hakimiyyəti başçısının müavin və şöbə müdirləri, həmçinin rayon Polis şöbəsinin bölmə və sahə rəisləri tərəfindən Masallı şəhər ərazisində reyd keçirilmişdir.

Reyd zamanı ictimai iaşə obyektlərində sərt karantin rejimi qaydalarına əməl olunması, gigiyenik vasitələr, maskalardan istifadə olunub olmamağı araşdırılmışdır.
Araşdırılma zamanı sərt karantin rejimi qaydalarını pozduğuna görə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Masallı şəhər ərazisində 2 ticarət obyektinin hər biri 200 manat və 4 nəfər şəhər sakininin hər biri 100 manat olmaqla ümumilikdə 800 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur.
Rayon ərazisində reydlər davam etdirilir.

Keçidlər