Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə

17 avqust 2020 | 16:00

1. 16 avqust 2020-ci il tarixdə rayon ərazisində pandemiya dövründə görülmüş işlər barədə malumatlar.

2. 16 avqust 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyasi ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, Mərkəzi Poçt, Məşğulluq Mərkəzi, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat və 36 zibil konteyneri dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.

3. 01 yanvar 2020-ci il tarixdən 16 avqust 2020-ci il tarixədək rayon İcra hakimiyyətinə müraciət edən 250 imkansız, aztəminatlı, tənha-kimsəsiz və şəhid ailəsinə maddi yardım göstərilmişdir.

  4. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
16 avqust 2020-ci il tarixdə 672 nəfərlə görüşülmüş və onlardan 134 nəfərin maskasız olması müəyyən edilmişdir. Xüsusi karantin rejimi qaydalarını pozan 4 nəfər şəhər sakini və 2 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən Masallı şəhəri üzrə mobil qruplar tərəfindən ümumilikdə 40281 nəfərlə görüşülmüş və onlardan 4135 nəfərin maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 239 nəfər şəhər sakini və 18 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

5. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
16 avqust 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 3909 nəfərlə görüşülmüş, onlardan 754 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır.
21 iyun 2020-ci il tarixdən qəsəbə və kəndlər üzrə ümumilikdə mobil qruplar tərəfindən 210434 nəfərlə görüşülmüş, 38881 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır. Xüsusi karantin rejimi qaydalarını pozan 271 nəfər rayon sakini və 19 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.

6. 16 avqust 2020-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 4581 nəfərlə görüşülmüş və 888 nəfərin maskasız olması müəyyən olunmuşdur. Xüsusi karantin rejimi qaydalarını pozan 4 nəfər rayon sakini və 2 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
21 iyun 2020-ci il tarixdən rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən 250715 nəfərlə görüşülmüş və 43016 nəfərin isə maskasız olması müəyyən olunmuşdur. Qaydaları pozan 510 nəfər rayon sakini və 37 obyekt polis əməkdaşları tərəfindən cərimə olunmuşdur.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 19600 ədəd tibbi maska və 853 litr tibbi spirt paylanmışdır.

7. 16 avqust 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Reyd zamanı Masallı şəhər ərazisində 2 ticarət obyektinin hər biri 200 manat, 4 nəfər şəhər sakininin hər biri 100 manat olmaqla ümumilikdə 800 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur.

8. Ümumilikdə rayon ərazisində 8612 nəfərdən yaxma götürülmüşdür.

 

Keçidlər