TƏKRAR QARĞIDALI ƏKİLİR
17 avqust 2020 | 16:00
Mal-qara üçün çox vacib sulu-şirəli yem olan qarğıdalı ilin bütün fəsillərində heyvandarlara gərək olur. Odur ki, rayonda təzə şumlanmış torpaqlarda təkrar qarğıdalı əkilir. Rayonun Təklə, Qızılağac, Qarğalıq, Səmidxan və Çaxırlı ərazilərində 60 hektardan çox sahəyə təkrar qarğıdalı toxumu səpilib. Əkin davam etdirilir.
Qeyd edək ki, təkrar əkinlər həm aqroekoloji, həm də iqtisadi baxımdan səmərəlidir. Mütəxəssislər hesab edir ki, rayonda mal-qaranın qüvvəli və yaşıl yemə olan tələbatını tam təmin etmək üçün təkrar əkinlərdən istifadə vacib sayılır.