Masallıda sərt karantin rejimi ilə əlaqədar reydlər davam edir
17 avqust 2020 | 16:00
17 avqust 2020-ci il tarixdə Masallı rayon İcra hakimiyyəti başçısının müavin və şöbə müdirləri, həmçinin rayon Polis şöbəsinin bölmə və sahə rəisləri tərəfindən reydlər davam etdirilir.
Reyd zamanı ictimai iaşə obyektlərində sərt karantin rejimi qaydalarına əməl olunması, gigiyenik vasitələr, maskalardan istifadə olunub olmamağı araşdırılmışdır.
Araşdırılma zamanı sərt karantin rejimi qaydalarını pozduğuna görə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən rayonun Səmidxan kəndində 2 nəfər kənd sakininin hər biri 100 manat olmaqla ümumilikdə 200 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur.
Rayon ərazisində reydlər davam etdirilir.