Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda sərt karantin rejimi ilə əlaqədar reydlər davam edir

18 avqust 2020 | 16:00

18 avqust 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. 

Reyd zamanı Masallı şəhər ərazisində 2 ticarət obyektinin hər biri 200 manat, 2 nəfər şəhər sakininin hər biri 100 manat, Kolatan kəndində 1 nəfər 100 manat, Xıl kəndində 1 nəfər 100 manat olmaqla ümumilikdə 800 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur.

Rayon ərazisində reydlər davam etdirilir.

Keçidlər