Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı şəhərində abadlıq-quruculuq işləri davam etdirilir

19 avqust 2020 | 16:00

Yol infrastrukturunun yenidənqurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində Masallı şəhərində abadlıq-quruculuq işləri davam etdirilir.

Şəhər ərazisində 18 küçənin asfaltlaşması ilə yanaşı, bir neçə küçə və parkda abadlıq-quruculuq işləri də aparılır.

O cümlədən Mənzil İstismar Sahəsi və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən Bəxtiyar Vahabzadə, Zərifə Əliyeva, “Azərbaycan” küçəsində hasarlar təmir edilir, piyada səkiləri, işıqlandırma sistemi yenidən qurulur.

Qeyd edək ki, səkilərdə əlil arabasının hərəkəti üçün panduslar quraşdırılacaq. 

Xətai parkında isə beton plitələr yenisi ilə əvəzlənəcək, yeni oturacaqlar, işıqlandırma sistemi, ikigözlü sanitar qovşağı quraşdırılacaq, zibil qutuları qoyulacaq. Bundan əlavə parkın ərazisində əlavə hasar hörgüsü, piyada səkilərinin qurulması, yaşıllaşdırılma işləri görüləcək. 

Artıq parkda abadlıq işlərinə start verilib. İlkin mərhələdə ərazidə metlax döşənməsi işləri aparılır.

Keçidlər